Mostbet Məsuliyyətli Qumar
Bizimlə qumar və mərc təcrübənizi həm əyləncəli, həm də məsuliyyətli etmək üçün tövsiyələrimizə əməl edin.
- Mərc tarixçəsi
“Mərc tarixçəsi” bölməsində əvvəlki bütün mərclərinizi, pul çıxarma və pul qoymalarınızı, eləcə də cari balansınızı görə bilərsiniz.
Sizə daha dəqiq axtarış etməyə imkan verən bir neçə filtr mövcuddur.
Burada sizə tam dəqiqliklə nəyə, nə zaman və nə qədər mərc qoyduğunuzu, nə qazanıb nə itirdiyinizi görə bilərsiniz.
- Özünü idarə etmək
Biz bilirik ki, qumar aludəçiliyi yalnız oyunçuların özlərinə yox, həmçinin onların ailəsi və dostlarına mənfi təsir göstərir. Bu vəziyyətlərlə ayaqlaşmaq həqiqətən çətindir. Əsas məsələ dəstəkləyici olmaq və oyunçular əlavə yardım almağa hazır olduqda bunu onlara təklif etməkdir. Zəhmət olmasa, “Yardım üçün Müraciət” bölməsini nəzərdən keçirin, burada qumar aludəçiliyi olan insanlara kömək etməklə birbaşa məşğul olan aparıcı təşkilatların siyahısı göstərilib.
Qumar aludəçiliyi olan yaxınlarına kömək istəyənlər üçün Gam-Anon adlanan veb-saytı nəzərdən keçirməyi tövsiyə edirik, bu təşkilat belə vəziyyətlərdə yardım və dəstək təmin etməkdə ixtisaslaşıb – www.gamanon.org.uk.
- Aşağıda özünüsınama sualları göstərilib
Onlardan istiifadə etməklə oyunda həddindən artıq vaxt və pul sərf edib-etmədiyinizi qiymətləndirə bilərsiniz.
- Qumar oynadığınıza görə tənqid olunmusunuz?
- Nə vaxtsa qumar sərf etdiyiniz vaxt və pulun məbləğini gizlətmək üçün yalan danışmısınız?
- Müxtəlif mübahisələr, ümidlərin boşa çıxması və məyusluqlar sizi qumar oynamağa vadar edir?
- Təklikdə uzun müddət qumar oynayırsınız?
- Qumara görə işə gecikdiyiniz/getmədiyiniz günlər olub?
- Diqqətinizi darıxdırıcı həyatdan və ya depressiyalı vəziyyətinizdən yayındırmaq üçün qumar oynayırsınız?
- “Qumar pulunuzu” digər xərclərə həvəssizcə xərcləyirsiniz?
- Qumara görə ailə, dostlar və hobbilərinizə marağınızı itirmisiniz?
- Uduzduqda mümkün qədər tez bərabər olmağa tələsirsiniz?
- Qumar oynayıb pul itirdikdə məyusluq və kədər hiss edirsiniz və yenidən qumar oynamaq istəyirsiniz?
- Son qəpiyinizi uduzana qədər oynayırsınız?
- Oynamaq və ya qumar borclarınızı ödəmək üçün nə vaxtsa hiylə işlətmisiniz, oğurluq etmisiniz və ya borca pul götürmüsünüz?
- Qumar aludəçiliyinizlə bağlı özünüzü depressiv və ya narahat hiss edirsiniz?
Əgər yuxarıdakı suallardan ən azı ikisinə “hə” deyə cavab verdinizsə, onda sizə “Yardım üçün Müraciət” bölməmizdə sadalanan təşkilatlardan biri ilə əlaqə saxlayaraq vəziyyətinizi müzakirə etməyinizi məsləhət görürük.
Bu təşkilatların hamısı konfidensiallığa zəmanət verir. Məsuliyyətli oynamaq üçün aşağıdakı beş tövsiyəyə əməl edin:
- Yalnız sizə əyləncəli gəldikdə oynayın.
- İtirdiyiniz pulu əyləncənin ödənişi hesab edin və itkiləri oyunun vacib hissəsi kimi qiymətləndirin.
- Bərabərləşmək üçün oynamayın.
- Oynamaq üçün pul və vaxt limitləri təyini edin və bu limitlərə əməl edin.
- Oynamaq üçün borc götürməyin.
- Yardım almaq
Əgər qumarla bağlı yardım və dəstəyə ehtiyacınız varsa, məsləhət və yardım təklif edən bir neçə təşkilata nəzər salın.
GamCare
GamCare qumar aludəçiliyi olan insanlara dəstək, məsləhət və konsultasiya təklif edən aparıcı rəsmi təşkilatdır.
+44 808 8020 133 nömrəsinə zəng edin və ya veb-sayta keçin
Gambling Therapy
Gambling Therapy dünyanın hər yerindən olan qumar aludəçilərinə problemlərini müzakirə etmək üçün telefonla dəstək və forum təklif edir.
www.gamblingtherapy.org
Gamblers Anonymous
Gamblers Anonymous öz aludəçilikləri ilə mübarizə aparmaq və digər qumar aludəçilərinə kömək etmək üçün bir yerə yığışmış kişi və qadınların yaratdığı qrupdur.
Be Gamble Aware
BeGambleAware® müstəqil xeyriyyə təşkilatı olan Responsible Gambling Trust tərəfindən idarə olunur və maliyyələşdirilir və GambleAware adı ilə fəaliyyət göstərir.
GamBlock
GamBlock qumar aludəçilərinə qumar veb-saytlarına çıxışı bloklamaqla xidmət göstərir.
www.gamblock.com